• $
  • €
  • ₽
  • ₺
  • £

Qumbara partlaması nəticəsində ölən düşmən əsgərin FOTOLARI

Qumbara partlaması nəticəsində ölən düşmən əsgərin FOTOLARI
29.05.2020 03:57
Qarabağda qumbara partlaması nəticəsində ölən Hrant Manqasaryan aprel döyüşlərində ordumuza qarşı təxribat əməliyyatlarında iştirak edib. 


Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrin birində tank əleyhinə qumbaranın partlaması nəticəsində ölən Hrant Manqasaryan haqqında bir sıra məlumatlar açıqlanıb. 

Məlumata görə, düşmən əsgəri Loru vilayətinin Spitak (Hamamlı) rayonunun Şirakamut (Nalbənd) kəndindən olub. Son bir neçə il ərzində Manqasaryanın ailəsi İrəvanda köçüb və hazırda, orada kirayədə yaşayırlar. Qohumlarının bildirdiyinə görə, evin tək oğlu olan Hrantın 5 bacısı var. Digər bir məlumata görə isə, 3 aydan sonra təxris ediləcək düşmən əsgəri, aprel döyüşlərində qüvvələrimizə qarşı təxribat əməliyyatlarında iştirak edib. 

Əsgərin ailəsi onun hələ hansı şəraitdə öldüyünü bilmir. İlkin məlumatlara görə, hadisə səhlənkarlıq nəticəsində baş verib. 

Xatırladaq ki, dünən saat 12:10 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birində tank əleyhinə qumbaranın partlaması nəticəsində, 1997-ci il təvəllüdlü əsgər Hrant Xaçatur Manqasaryan ölüb, Qevorq Vladislav Hyusnunts və Sergey Sevada Alumyan adlı əsgərlər isə, müxtəlif dərəcəli qəlbə yaraları alıblar. 

Hadisə ilə bağlı araşdırma aparılır.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol