Tillersonla Lavrov Suriyanı müzakirə edib

ABŞ dövlət katibi Reks Tillersonla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.
AzVision.az "Ria Novosti”yə istinadən xəbər verir ki, görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatı (APEC) liderlərinin Vyetnamda keçirilən sammiti çərçivəində baş tutub.
Qeyd olunub ki, tərəflər Suriya münaqişəsinin nizamlanmasını və bu istiqamətdə iki ölkənin birgə addımlarını müzakirə ediblər.
www.anews.az
























