İranda 3 günlük matəm elan olundu

İranın zəlzələ baş verən Kirmanşah əyalətində 3 günlük matəm elan olunub.
Bu barədə anews.az İran KİV-ə istinadla məlumat verir.
Xatırladaq ki, ötən gün axşam saatlarında 7,4 bal gücündə baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 207-yə çatıb, 1600-ə yaxın insan xəsarət alıb.
www.anews.az
























