• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan hökumətində kadr və struktur dəyişiklikləri aparıldı

Gürcüstan hökumətində kadr və struktur dəyişiklikləri aparıldı
13.11.2017 20:42
Gürcüstan hökumətində ciddi islahatlar aparılıb.

Anews.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Gürcüstan baş nazirinin rəsmi saytı məlumat yayıb.

Dəyişikliklərə əsasən, Ətraf Mühitin Mühafizəsi Nazirliyinin səlahiyyətində olan Təbii ehtiyatlarla idarəetmə komponenti və Energetika Nazirliyi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil olacaq. Nazirliyi isə Maliyyə Nazirliyinə rəhbərlik etmiş Dmitriy Kumsişvili idarə edəcək.

Gürcüstanın hazırkı iqtisadiyyat naziri Georgi Qaxariya isə daxili işlər naziri təyin edilib. O, həmçinin baş nazirin müavini vəzifəsini tutacaq.

Gürcüstan "Dəmir Yolları” SC-nin sabiq sədri Mamuka Bakradze isə maliyyə naziri təyin edilib.

Fövqəladə halların idarə olunması üzrə agentliyin və Böhranların idarə olunması üzrə təhlükəsizlik şurasının yerinə Fövqəladə Halların İdarə Olunması Mərkəzi yaradılacaq. Mərkəzi isə indiyə qədər daxili işlər naziri olmuş Georgi Mqebrişvili idarə edəcək.

Məlumata görə, Mədəniyyət Nazirliyinin səlahiyyətinə daxil olan Gənclər üzrə İşlər İdarəsi Təhsil və Elm Nazirliyinə verilib.

Gürcüstanın təhsil naziri postunu isə Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin prorektoru Mixeil Çxenkeli tutub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol