• $
  • €
  • ₽
  • ₺
  • £

İnformasiya texnologiyaları bazarında artım gözlənilir

İnformasiya texnologiyaları bazarında artım gözlənilir
14.11.2017 22:19
"Forrester Research” tədqiqat şirkəti dünya informasiya texnologiyaları bazarında proqram təminatı və konsaltinq xidmətləri sayəsində sürətli artım proqnozlaşdırır.

Anews.az ICTnews-a istinadən xəbər verir ki, ekspertlərin gözləntilərinə görə, 2017-ci ildə qlobal proqram və aparat təminatının, eləcə də, servislərin satış həcmi ötən ilə nisbətən 3,4 faiz artacaq.  2018-ci ildə bu xərclər 4 faiz artaraq, 3 trilyon təşkil edəcək.

Daha çox artımı proqram təminatı və İT konsaltinq xidmətləri nümayiş etdirəcək - növbəti ildə 6 faizə nisbətdə cari ildə 4,3 faiz.  

"Forrester Research” 2017-ci ildə İT avadanlığının satışında 2,6 faiz, 2018-ci ildə isə 3 faiz artım gözləyir. Bu halda dünya telekommunikasiya texnikasına xərclərin müvafiq olaraq 3,1 və 1,5 faiz artacağı proqnozlaşdırılır.

Tədqiqatçılar tərəfindən İT autsorsinq xidmətləri seqmentinin artımı cari ilin yekunları üzrə 2,2 faiz qiymətləndirilir. Telekommunikasiya sektoru xidmətləri 2017-ci ildə 2,2 faiz artsa da, 2018-ci ildə 2 faiz azala bilər. Eyni azalma İT autsorsinq sahəsində gözlənilir.

Bundan başqa, şirkət qlobal İT sahəsində üstünlük təşkil edən əsas tendensiyaları sadalayıb. Birincisi, analitiklər İT bazara müsbət təsir göstərən iqtisadi vəziyyətin yaxşılaşmasına diqqət yetirirlər. 2017-ci ildə dünya iqtisadiyyatında vəziyyət ötən ilin siyasi və iqtisadi sarsıntılarından sonra normallaşmağa başlayıb. Bu nisbi stabillik biznes və dövlət sektoruna 2018-ci ildə İT xərclərində daha fəal olmağa imkan verəcək.

Mütəxəssislər "bulud” xidmətləri üçün xərclərdə artımı ikirəqəmli templərlə proqnozlaşdırırlar. Lakin seqmentin inkişafı ənənəvi lokal İT məhsullarının satışına mane olur ki, bu da bazarın inkişafını dayandıran amildir. 

Eyni zamanda, "bulud” hesablamaları bazara kömək edir. Belə ki, "bulud” hesablamaları sayəsində korporativ proqram təminatının satışı 2017-ci ildə 10 faiz artacaq, buradakı mədaxil isə artıq kompüterlərə quraşdırılan proqramlar üçün lisenziyaların satışını üstələyir. Birləşdirici proqram təminatı, sistem inteqrasiyası xidmətləri və İT autsorsinq kimi digər kateqoriyalarda "bulud” həllərinin xərclərdə payı cüzidir. Bu isə ənənəvi seqmentlərin zəif artımını kompensasiya etməyə kifayət etmir.

Analitiklər xəbərdarlıq edir ki, zəif iqtisadi artım riskləri əksər regionlarda qalır, bu səbəbdən şirkətlər İT və digər büdcə xərclərində ehtiyatlı olmaqda davam etməlidirlər. Bununla yanaşı, ekspertlərin 2017-ci ilin sonunadək İT sahəsi üzrə proqnozları ilin əvvəli ilə müqayisədə daha optimistdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol