• $
  • €
  • ₽
  • ₺
  • £

“Lotu Quli” və Rusiyada küçə döyüşləri

“Lotu Quli” və Rusiyada küçə döyüşləri
17.11.2017 15:24
Aslan Usoyanın ("Ded Xasan”) qətlindən sonra məhz Zaxariya Kalaşov ("Molodoy Şakro”) "oğrular kralı” titulunu aldı. Bu, kriminal dünyanın ən ali tituludur. Lakin cinayətkar qruplaşmanın yaradılmasında ittiham edilən "Şakro” indi həbsxanadadır. Məhkəmə hökmü verilməyib. Amma kriminal dünya artıq quruldayır: "Şakro”nun varisi, "bir nömrəli oğru” kim olacaq? Böyük ehtimalla, Kalaşov ömürlük həbs cəzası alacaq.

Publika.az xəbər verir ki, nüfuzlu kriminal mətbu orqan - "Praym Kraym" portalının baş redaktoru Viktoriya Qefter "Komsomolskaya Pravda” nəşrinə müsahibəsində "Şakro”nun varisi ilə bağlı səslənən suallara cavab verməyə çalışıb.

Baş redaktorun sözlərinə görə, "Şakro” əvvəlki kimi kriminal cəmiyyətə nəzarət edir, hərçənd onun mühafizəçisi deyil.

"Kriminal cəmiyyətin mühafizəçisi "oğru” iyerarxiyasında şərti maliyyə naziridir. "Şakro” belə demək mümkünsə, hökumət başçısıdır. "Şakro”nun dövründə onun qohumu, "qanuni oğru” "Dato Krasnodarskiy” kriminal cəmiyyəti idarə edirdi. İndi isə eyni işi Kaxa Parpaliya görür. O da həmçinin "Şakro”ya yaxındır. Hansısa hakimiyyət dəyişikliyi olmayıb. Hələ ki...” - o, deyib.

Bununla belə, Viktoriya Qefter hesab edir ki, "Şakro” artıq azadlıqda olanlara təsir göstərə bilmir.

"Şakro”nun varisinə gəlincə, o bildirib ki, versiyalardan birinə görə, kriminal klanlar iki fiquru irəli sürməyə çalışır. Birinci iddiaçı Nijeqorod vilayətinin 45 yaşlı sakini Vasiliy Xristoforov ("Vasya Voskres”) ikincisi isə 49 yaşlı Eduard Asatryandır. Onlar arasında çoxdan münaqişə var”, - baş redaktor bildirib.

Adıçəkilən avtorirtetlər arasında qarşıdurmanın 1990-cı illərdə olduğu kimi küçə atışmaları ilə nəticələnməsinin mümkünlüyünə gəlincə, müsahib bunun inandırıcı olmadığını deyib. Onun sözlərinə görə, bir neçə həftə əvvəl baş verən hadisə kriminal dünyada yekun bölgüyə təsir edə bilər. Baş redaktor qeyd edib ki, söhbət oktyabrın sonunda vaxtından əvvəl azadlığa buraxılan azərbaycanlı avtoritet, "Lotu Quli” ləqəbli Nadır Səlifovdan gedir.
"O son illərin klanlararası müharibələrində iştirak etmirdi. Bu, "oğrular” üçün çox ciddi arqumentdir. Ehtimal ki, yığıncaqda məhz onun üçün səs verəcəklər. Hazırda onun mövqeləri xüsusilə Rusiyanın cənubunda, Uralda və bəzi mərkəzi rayonlarda güclüdür”, - Qefter söyləyib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol