NATO “S-400”-ə görə Türkiyəyə xəbərdarlıq etdi

Türkiyə Rusiyadan "S-400” zenit-raket kompleksi alsa, bu ölkənin NATO texnologiyalarını əldə etməsinə məhdudiyyətlər qoyulacaq.AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələri komandanlığının rəsmisi Heydi Qrant deyib.
Onun sözlərinə görə, Türkiyə həmçinin "F-35” tipli 5-ci nəsil bombardmançı təyyarələrini də əldə edə bilməyəcək.
O, qeyd edib ki, NATO strategiyaları S-400 sistemlərinin istifadəsinə icazə vermir.
www.anews.az
























