Zimbabvedə nümayişlər başladı - Muqabenin istefası tələb olunur

Zimbabvenin paytaxt küçələrində bu gün etiraz aksiyaları başlayıb. Trend-in məlumatına görə, uzun illərdir ölkəni idarə edən Robert Muqabe hakimiyyətindən narazı insanlar onun istefasını tələb edirlər.
Etirazçılar dinc nümayiş keçirirlər.
Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar.
Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb.
Bundan sonra R.Muqabe istefa verməyəcəyini və seçki keçirilməsini tələb edib.
www.anews.az
























