3 qat dünya çempionunu meşədə ölü tapıldı - FOTO

Rusiya Federasiyasının tərkibinə daxil olan Saxa Muxtar Respublikası ərazisində yaşayan 3 qat dünya çempionu qətlə yetirilib.
Anews.az xəbər verir ki, kikboks üzrə 3 qat dünya çempionu İnnokenti Makarovun cəsədi ötən gecə meşədə tapılıb.
Noyabr ayının 17-dən itkin düşən və axtarışları davam edən idmançının cinayətə qurban getdiyi ehtimal edilir.
Ekspertizaya göndərilən cəsədin üzərində müxtəlif xəsarətlər, yaralar aşkarlanıb. Faktla bağlı istintaq başladılıb.(publika.az)

www.anews.az
























