Bu gün Gürcüstanda matəmdir

Batumidə "Leoqrand” otelində baş vermiş yanğınla əlaqədar bu gün Gürcüstanda matəm elan olunub.
Səhər saatlarından etibarən Gürcüstan ərazisində dövlət bayraqları endirilib.
Qeyd edək ki, noyabrın 24-dən 25-nə keçən gecə Batumidəki "Leogrand" hotelində baş vermiş yanğın nəticəsində 12 nəfər ölüb, 21 nəfər yaralanıb. Ölənlərin 11-i Gürcüstan, 1 nəfəri isə İran vətəndaşıdır.
www.anews.az
























