Sarksiyanın portretləri ilə savaş başladı

Ermənistanda prezident Serj Sarkisyanla mübarizənin daha bir yolu tapılıb. Bu dəfə prezidentin portretləri ilə mübarizə aparılır.
"Ermənistan üçün korrupsiya ilə mübarizə milli təhlükəsizlik məsələsidir. Bunun başqa alternativi yoxdur". Bunu Sarkisyan Xüsusi İstintaq Xidmətinin (XİX) yaranmasının 10 illiyi münasibəti ilə keçirilən tədbirdə deyib.
Prezidentin çıxışından sonra "Yelk" franksiyasından olan deputat Nikol Paşinyan öz "Facebook" səhifəsində maraqlı məlumat yayıb. O, qeyd edib ki, adıçəkilən xidmətə bu ilin may ayında deputat kimi sorğu göndərib və hansı əsaslarla kabinetlərində Sarkisyanın portretinin asıldığını soruşub.
"Xidmət uzun müddət cavab vermədi. İndi biz soruşanda nə üçün cavab verilməyib deyirlər ki, informasiya verə bilmərik. Birincisi, deputatın sorğusuna cavab verməmək kobud qanun pozuntusudur. Ancaq aydındır ki, müstəqil istintaq orqanının kabinetlərində Sarkisyanın fotosunun asılması da qanuna ziddir. Çünki XİX yüksəkçinli məmurların fəaliyyətini yoxlamaq üçün olan orqandır.
Xidmətin əməkdaşları və rəhbəri Vaqram Şaqinyan, əgər suala cavab verə bilmirsinizsə, demək Sarkisyanın şəkillərini tez yığışdıracaqsız. Gəlib yoxlayacağam".
www.anews.az
























