• $
  • €
  • ₽
  • ₺
  • £

Rza Zərrab türk nazirləri ifşa edir

Rza Zərrab türk nazirləri ifşa edir
30.11.2017 09:21
Bank fırıldaqçılığı və "çirkli pulların yuyulmasında” ittiham edilərək ABŞ-da həbs edilən iş adamı Rza Zərrabın məhkəməsi keçirilib.

Xarici KİV xəbərinə görə, hakim qarşısına çıxan R.Zərrab ilk dəfə əməllərini etiraf edib.

O deyib ki, 2016-cı ilin martında tutularkən çox qorxduğu üçün ilk ifadəsində FBI-ya doğruları deməyib. İndi isə hər şeyi doğru danışacağına and içib.
R.Zərrab bildirib ki, sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana 45-50 milyon avro rüşvət verib:

"İranın keçmiş prezidenti Mahmud Əhmədinejadla əlaqələrim olduğunu qəbul edirəm. İranın ABŞ-ın tətbiq etdiyi sanksiyalardan xilas olmaq üçün neft və qaz satışından əldə etdiyi gəlirləri ilə beynəlxalq ödəmələri həyata keçirdim. Bu işdən əldə etdiyim gəlirin 50 faizini isə keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayana təklif etdim. Digər valyutalarla verdiklərimi saymıram. Təkcə avro ilə 45-50 milyon rüşvət vermişəm”.

İş adamı deyib ki, Türkiyəyə ekstradisiya olunması üçün vəkillər tutub, lakin nəticə olmadığına görə əməllərini etiraf etməyə qərar verib:
"ABŞ hökuməti məni əfv etmək barədə söz verməyib. Cəzama hakim qərar verəcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol