Ebru Gündeşin əmlakı müsadirə ediləcək?

Xəbər verdiyimiz kimi, İstanbul Baş prokurorluğunun apardığı istintaq çərçivəsində məhkəmə ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və qohumlarının əmlakına həbs qoyulmasına dair qərar qəbul edib.
Publika.az xəbər verir ki, 22 nəfərin əmlakına qoyulan həbsdən sonra məhkəmədə Ebru Gündeşlə bağlı heç bir qərarın olmaması diqqət çəkib. Belə ki, əmlakı müsadirə edilənlər sırasında Rza Zərrabın qızı Alara olsa da, həyat yoldaşı Ebru Gündeş yoxdur.
Buna səbəb isə Ebru Gündeş və Rza Zərrabın evlənərkən "Evlilik müqaviləsi” imzalaması olub. Belə ki, razılaşmaya əsasən, hər iki tərəfin əmlakı özünə aiddir və boşanma zamanı heç bir müdaxilə edilə bilməz.
Qeyd edək ki, Zərrab 2016-cı ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. O, 2010-2015-ci illərdə İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.
www.anews.az
























