Londonda sürücü avtomobili piyadalara çırpdı

Londonda sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində ən azı beş nəfər xəsarət alıb.
Anews.az-ın The Daily Mail nəşrinə istinadən xəbərinə görə, onlardan ikisinin vəziyyəti ağırdır.
Avtomobildə olan sərnişinlər xəsarət almayıblar.
Polisin məlumatına əsasən, hadisə terror aktı kimi qiymətləndirilməyib.
www.anews.az
























