Yəmənin eks-prezidentinin evi partladıldı

Yəmənin sabiq prezidenti Əli Abdullah Salehin ölkə paytaxtı Sənadakı evi qiyamçı husi silahlıları tərəfindən partladılıb.
Anews.az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.
Anews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə zamanı eks-dövlət başçısının evdə olub-olmadığı barədə rəsmi məlumat daxil olmayıb.
Xatırladaq ki, Yəmənin paytaxtı Sənada qiyamçı husilərlə Salehin tərəfdarları arasında qarşıdurmalar davam edir.
Saleh 1994-cü ilin oktyabrından 2011-ci ilin noyabrına qədər dövlət başçısı vəzifəsini icra edib.
www.anews.az
























