Saakaşvilinin evinə basqın: Eks-prezident damda gizlənir

Ukrayna Baş prokurorunun sabiq müavini David Sakvarelidze "Facebook” səhifəsində yazıb ki, naməlum şəxslər Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin evinə basqın edib.
AzVision.az xəbər verir ki, Sakvarelidze "Mixail Saakaşvilinin evinin qapılarının sındırırlar! Koseltneya 7 küçəsi, 32. Yığışın!”, - deyə səhifəsində yazıb.
O, həmçinin "UkrayinskayaPrvada”ya bildirib ki, Saakaşvili hazırda binanın damındadır. Onun evində axtarış işləri aparılır.
Saakaşvilinin mətbuat katibi Maryana Poçtar isə bəyan edib ki, sabiq prezident telefon zənglərinə cavab vermir.
www.anews.az
























