Ərdoğan ABŞ-ı İsraillə hədələdi: “Əlaqələri kəsəcəyik”

Ərdoğan ABŞ-ı İsraillə hədələdi: "Əlaqələri kəsəcəyik”
"Əgər ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa Türkiyə İsraillə bütün diplomatik əlaqələrini kəsəcək”. AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Bundan öncə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, ABŞ-ın bu qərarı gərginlik və qarşıdurmalara səbəb olacaq.
Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat verəcək. Məlumata əsəsən, buna baxmayaraq D.Tramp ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçirilməsini yenidən təxirə salacaq.
www.anews.az
























