Putin peterburqlu qıza gitara bağışladı

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq musiqi məktəbinin şagirdi Anastasiya Piskunaya gitara hədiyyə edib. Trend-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, A.Piskuna uşaq yaşlarından musiqiyə həvəslidir və bu sahədə artıq bir çox uğurlara imza atıb, musiqi festivallarında çıxış edib.
O, çoxdan daha peşəkar musiqi alətinə ehtiyacı olduğunu bildirib və bu xahişlə ölkə prezidentinə müraciət edib. V.Putin onun arzusunu yerinə yetirib.
A.Piskuna gitaranı aldıqdan sonra romans ifa edib.
www.anews.az
























