Erməni hərbçilər qəzaya düşdü - FOTOLAR

Ermənistanda hərbçilərin olduğu avtomobil qəzaya düşüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "Ford” markalı avtomobil elektrik dirəyinə çırpılıb. Maşında olan iki hərbçi xəsarət alıb. Yaralılar Vanadzorda yerləşən hospitala aparılıb.
Hərbçilərdən birinin vəziyyəti orta ağır, digər isə ağır olaraq qiymətləndirilir.



www.anews.az
























