• $
  • €
  • ₽
  • ₺
  • £

Rza Zərrab yalan danışdığını etiraf edib

Rza Zərrab yalan danışdığını etiraf edib
08.12.2017 13:21
Amerikada həbs edilən iş adamı Rza Zərrab "Xalq Bank"ın keçmiş baş direktorunun müavini Hakan Atillanın məhkəməsində yalan söylədiyini etiraf edib.

AzVision.az Türkiyə mətbuatına istinadən bildirir ki, məhkəmədə şahid qismində çıxış edən Zərrab Türkiyədə hüquq-mühafizə orqanlarına, "Xalq bank”ın işçilərinə, Hakan Atillaya və Amerikanın Federal Təhlükəsizlik Xidmətinə yalan məlumat verdiyini deyib.

Zərrab şahidliyinin 7-ci günündə Atillanın vəkillərindən olan Cathy Fleming tərəfindən sorğu-sual edilib. O, Rusiya gömrük işçiləri tərəfindən sürücüsünün saxlanılması barədə suala cavab verərkən bildirib ki, həmin insan onun adamı olub, amma sürücüsü olmayıb. 

Zərrab ifadəsində Dubay və İran mərkəzi banklarına göndərilmək üçün hazırlanan pulların Rusiya ilə əlaqəsi olmadığını və hər gün nəğd dollar göndərdiklərini bildirib.

Bundan başqa o, Türkiyədə ona qarşı yöndləndirilən ittihamların bəzilərini qəbul edib. Rza Zərrab Türkiyədə İranla bağlı müraciət etdiyi bəzi banklara və İrana əslində getməyən mallar barədə Hakan Atillaya yalan söylədiyini bildirib. O, həmçinin Türkiyədə həbsindən sonra mətbuata verdiyi açıqlamada "qanuna ziddi heç bir şey etmədiyi” barədə açıqlamasını yalanlayıb. Bundan başqa Türkiyəyə kimlər üçünsə qadınlar gətirdiyini söyləyib.

Rza Zərrab yalandan şahidlik etdiyi üçün Türkiyədə ona qarşı "cəsusluq” ittihamına dair istintaqın başladığını vurğulayıb. İş adamı buna görə birinin onu öldürmək üçün təlimat aldığını və həbsxanada üstünə bıçaq çəkdiyini qeyd edib.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol