Kaliforniyada 212 min insan təxliyə edilib

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları 57 min hektar sahəni əhatə edir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Fövqəladə hallarda idarəetmə üzrə federal agentliyin regional nümayəndəsi Devid Pessi bildirib.
Onun sözlərinə görə, yanğın səbəbi ilə 212 min insan təxliyə edilib.
Qeyd edək ki, Kaliforniyada meşə yanğınları dekabrın 5-də başlayıb. Yanğının yayılmasına küləkli hava səbəb olub.
www.anews.az
























