Ələkbərovun səhmləri müsadirə olunacaq

Rusiya Mərkəzi Bankı hüquq-mühafizə orqanlarının köməyi ilə "Otkrıtie” maliyyə korporasiyasının düşdüyü böhrana görə onun səhmdarları - azərbaycanlı milyarder Vahid Ələkbərov, ortağı Leonid Fedun və bəzi digər biznesmenlərin aktivlərini müsadirə etməyə hazırlaşır.
Rusiya Mərkəzi Bankı ölkənin bank sektorunun sağlamlaşdırılması tədbirləri çərçivəsində "Otkrıtie” maliyyə korporasiyasında müvəqqəti idarəçilik tətbiq edib və rəhbərliyin qarşısında nizamnamə kapitalında çatışmayan 300 milyard rublu (5 milyard dollar) tapmaq tələbi qoyub. Lakin bankın təsisçisi Vadim Belyayev Rusiyanı tərk edib və geri qayıtmaq niyyətində deyil. Nəticədə dövlət orqanları bankın çatışmayan kapitalına görə onun səhmdarlarının aktivlərini müsadirə etməyi qərara alıb. Vahid Ələkbərov da bankın səhmdarları arasındadır.
Lakin Ələkbərov və digər milyarderlər könüllü şəkildə bankın sağlamlaşdırılmasında iştirak etmək istəməyiblər. Bunu əvvəllər Mərkəzi Bankın sədr müavini Vasili Pozdışev də dolayısı ilə təsdiq edib.
Mənbələr bidiriblər ki, belə vəziyyətdə səhmdarlar Mərkəzi Bankın tələbini yerinə yetirməyə məcbur olacaqlar. Əks halda onları cinayət məsuliyyəti gözləyə bilər.
www.anews.az
























