Təcili : İranda dəhşətli zəlzələ

İranın Kirman əyalətində 6.2 bal gücündə zəlzələ baş verib.
Avropa.info xəbər verir ki, dünən axşamüstü reallaşan 5.4 bal gücündəki zəlzələnin ardından, bu gün 6.2 bal gücündə zəlzələ meydana gəlib.
Amerika Geoloji Araşdırma Mərkəzinin məlumatına görə, zəlzələnin epsentri Kerman şəhərindən 56 kilometr kənardadır.
İranın Kerman şəhərində bu ilin dekabr ayının 1-də 6 bal gücündə güclü zəlzələ yaşanmışdı. Zəlzələ nəticəsində 40-dan artıq insan yaralanmışdı.
Ötən ay İran-İraq sərhədində baş verən 7.3 bal gücündəki zəlzələ nəticəsində 530 nəfər həyatını itirib.
www.anews.az
























