• $
  • €
  • ₽
  • ₺
  • £

Telman İsmayılovun tutdurduğu Xaçaturov həbsdən buraxıldı

Telman İsmayılovun tutdurduğu Xaçaturov həbsdən buraxıldı
12.12.2017 19:18
Telman İsmayılovun ifadəsi əsasında qaldırılmış cinayət işinin istintaqı çərçivəsində barəsində həbs qərarı verilmiş Rusiya vətəndaşı, Ermənistana qaçan və orada saxlanılan Suren Xaçaturov həbsxanadan buraxılıb.

Erməni KİV-lərinin məlumatına görə, onu səhhətinin ağır olması ilə bağlı məhbuslar üçün nəzərdə tutulmuş müalicə müəssisəsindən mülki xəstəxanaya köçürüblər.

Suren Xaçaturovun barəsində Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarış elan edilib. Lakin Avropa İnsan Haqları Məhkəməsi onun iddiası əsasında belə qərar çıxarıb ki, Xaçaturovun Rusiyaya ekstradisiya edilməsi yolverilməzdir. Bildirilir ki, Suren Xaçaturov uzun müddət Rusiyada yaşayıb və Telman İsmayılova məxsus obyektlərə nəzarət edib. Onun barəsində İsmayılovun ifadəsi əsasında cinayət işi başlanıb. Lakin bu cinayət işinin detalları barədə məlumat yoxdur.

Müflis oliqarx Telman İsmayılov özü də hazırda beynəlxalq axtarışdadır, məlumatlara görə Fransada gizlənir. Onun barəsində Rusiya hüquq-mühafizə orqanları sifarişli qətllər və mütəşəkkil cinayətkar qruplaşma yaratmaq kimi ağır ittihamlarla cinayət işi qaldırıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol