Gürcü erməni qalmaqalı genişlənir

Müxalifət partiyası "Azad Gürcüstan”nın nümayəndələri ölkənin Ədliyyə Nazirliyinə müraciət ediblər. İstiPress-in məlumatına görə, onlar erməni əsilli 8 gürcü deputatı vətəndaşlıqdan məhrum etməyi təklif edirlər. Qeyd edilən şəxslərin hamısı ikili vətəndaşlığa sahibdirlər – Gürcüstan və Ermənistan.
Partiya nümayəndələri deyirlər ki, ikili vətəndaşlığa sahaib olaraq yüksək vəizifə tutan məmurlar ölkə qanunlarını pozublar. Bunun üçün də müxalifət nazirlikdən onlar barədə araşdırma başlamasını tələb edir.
www.anews.az
























