• $
  • €
  • ₽
  • ₺
  • £

Mahmud Abbas: Qüds Fələstinin paytaxtı olacaq

Mahmud Abbas: Qüds Fələstinin paytaxtı olacaq
13.12.2017 14:30
"Böyük Britaniya özünün olmayan Fələstin torpaqlarını sionist rejimə hədiyyə etdi. Bu məsələdə ən böyük dəstəkçi ABŞ idi”.

Anews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Fələstin rəhbəri Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.

M. Abbas bildirib ki, bu gün də ABŞ  prezidenti Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir: "Həmişə ABŞ-ın yanında olduğunu gördüyümüz Kanada, Böyük Britaniya və Avstraliya da bu dəfə haqsız qərarla əlaqədar ABŞ-ın yanında deyillər. Bu gün görürük ki, öncə Böyük Britaniya, bu gün isə ABŞ Fələstin torpaqları üzərindən İsrailə jest edirlər. Ancaq bu addımın sülhə, barışa xidmət etmədiyini də görürük. Bu gün bütün müsəlmanların, xristianların, bütün xalqların dəstəyini qazanaraq ABŞ-ın bu addımına qarşı çıxmaq üçün bura toplaşmışıq. Qüds əvvəllər və indi olduğu kimi, gələcəkdə də Fələstinin paytaxtı olacaq. O, Fələstin tacının ən qiymətli daşıdır. Qüds olmadan sülh və barışıqdan danışmaq mümkün deyil”.

Fələstin Muxtariyyətinin lideri bütün islam ölkələrinə, xüsusən Türkiyəyə Fələstinə dəstək verdiyi üçün təşəkkür edib: "İslam liderlərinin timsalında bütün dünyaya səslənmək istəyirəm. Biz bu böyük qəsdə, təhlükəyə qarşı bu sammitdə qəti qərar qəbul etməli, bütün müsəlmanlar və xristianların müqəddəs məkanlarının qorunması üçün bu addımı atmalıyıq. Fələstinin müstəqil dövlət kimi meydana çıxmasına çalışmalıyıq. Fələstin xalqı və Aksa məscidi ətrafında növbə tutan qardaşlarımızı, Qüdsdə yaşayıb, qanunsuzluq və zülmlərə məruz qalan insanlarımızı salamlamaq istəyirəm. Qüdsdə fələstinlilərin torpaq və evləri alınır, zorla iş yeri bağlanır, böyük vergi yükü qoyulur. Aksa məscidində ibadətimizə böyük maneə törədirlər. Qüdsdə, qədim şəhərdə yaşayan bütün müsəlman və xristianları salamlayıram. Qüdsün kənarında olan insanları da salamlayıram. Biz sizinlə birgə Qüdsü qoruyacağıq. Biz Fələstinin paytaxtı olan Qüdsü müdafiə etməyə davam edəcəyik. Müstəqilliyimizə nail olana qədər bu mübarizəmizi dayandırmayacağıq”.

M. Abbas qeyd edib ki, D. Trampın ABŞ səfirliyini Qüdsə köçürmək qərarı beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır: "BMT qərarına əsasən ABŞ da daxil olmaqla, heç bir ölkənin səfirliyini Qüdsə köçürməsi mümkün deyil. Bütün xalqları Fələstin mübarizəsinə dəstək verməyə çağırırıq. ABŞ bizimlə birgə sülh üçün çalışdığı bir zamanda son addımı ilə bizə yüz ilin silləsini vurdu. Bu, beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qərarlarına ziddir. Bununla ABŞ vasitəçilik missiyasını itirib. Bundan sonra gələcəkdə də ABŞ bu məsələdə vasitəçi kimi çıxış edə bilməyəcək. Bu barədə qərar qəbul etmişik. Qüds Fələstinin əbədi paytaxtı, müsəlman və xristianların şəhəri olaraq qalacaq. ABŞ-ın təktərəfli addımı radikal qruplarla radikal olmayan qruplara təsir edəcək, toqquşmalara yol açacaq. Dünyada din savaşından xeyir görən kimdir? Terror təşkilatlarını ortaya çıxaran və onlardan faydalanan kimdir? Mən bu sualı burada verirəm. ABŞ-ın bu qərarından geri addım atmasını gözləyirik”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol