Türkiyə Suriyadan atəşə tutuldu

Türkiyənin cənub sərhədləri Suriya ərazisindən atəşə tutulub.
Trend-in məlumatına görə, atəş YPG və PYD qruplaşmalarının nəzarətində olan ərazilərdən açılıb.
Hadisə nəticəsində Şanlıurfa vilayətində bir dinc sakin yaralanıb.
Türkiyə ordusu atəşə cavab verib. Sərhəd bölgəsində nəzarət gücləndirilib.
www.anews.az
























