Türkiyədən Ermənistana sərt cavab

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iki ölkə arasında münasibətlərlə bağlı açıqlamasına cavab verib.
Turkustan.info xəbər verir ki, Türkiyə XİN məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Nalbandyanın dekabrın 13-də Afinada verdiyi açıqlamada iki ölkə arasında 2009-cu ildə İsveçrənin Sürih şəhərində imzalanmış protokollarla bağlı fikirləri əsassızdır və beynəlxalq ictimaiyyəti yanıltmağa yönəlib.
www.anews.az
























