Rusiya yeni ordu yaradır

Rusiyanın Sakit okean donanmasındakı dəniz aviasiyası və hava hücumundan müdafiə qüvvələri birləşdiriləcək.
"İzvestiya” qəzeti yeni ordu birləşməsinin Kamçatkada yerləşəcəyini yazıb.
Kamçatka, Çukotka və Arktika regionunun səmasını müdafiə edəcək birləşmənin 2018-ci ildən fəaliyyətə başlaması nəzərdə tutulub. Sonradan bu ordu birləşməsinin tərkibinə Saxalin, Kuril adaları, Yapon və Oxot dənizlərinin də verilməsi planlaşdırılıb.
www.anews.az
























