• $
  • €
  • ₽
  • ₺
  • £

Fətullah Güləni erməni lobbisi maliyyələşdirir

Fətullah Güləni erməni lobbisi maliyyələşdirir
18.12.2017 13:01
"Fətullahçı Terror Təşkilatı ( FETÖ) həm erməni lobbisi, həm də PKK ilə dərin əlaqələrə malikdir”.

Bunu AzVision.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey deyib. 

G.Gülbey vurğulayıb ki, faktiki olaraq FETÖ Türkiyəyə qarşı erməni lobbisi ilə birlikdə hərəkət edir: "FETÖ mövcud olduğu bütün ölkələrdə erməni lobbisi və ABŞ-ın Soros Fondu ilə birlikdə işlər görür. Əminliklə demək olar ki, FETÖ onların əmrində fəaliyyət göstərir. 

Məsələn, Almaniya Parlamentində qondarma "erməni soyqırımı” layihəsinin qəbulu FETÖ-nün dəstəyi ilə mümkün olub. Nəticə açıqlanandan sonra parlamentdən kənar PKK-lılar və FETÖ-çülər erməni lobbisinin üzvləri ilə birlikdə bayram etmişdilər.

FETÖ lideri Fətullah Gülən 1964-cü ildə həm Papaya, həm də erməni lobbisinin patriklərinə qondarma "erməni soyqırımı”nı tanıdığını bəyan edən məktub yazıb. Həmin tarixlərdə Fətullah Gülən Abdullah Öcalanla Türkiyə Komunizmlə Mübarizə Dərnəyinin üzvü olublar. Abdullah Öcalanı 1990-cı ildə Türkiyəyə təslim edən ABŞ, həmin tarixdə Fətullah Güləni Pensilvaniyaya apardı”.

G.Gülbey deyib ki, F.Gülən gizli ermənidir: "Fətullah Gülən Türkiyədə yaşayan kripto-gizli ermənidir. Ailəsi əslən Muşdandır. Sonra Ərzuruma yerləşiblər. Hazırda Muşda erməni dərnəyi və çoxlu sayda erməni ailələri var. Gülən erməni olduğunu gizlətmir, onlarla işbirliyindədir. FETÖ-nün daha güclü olması üçün erməni lobbisi Gülənə maddi dəstək verir. Erməni lobbisi bundan əlavə Gülənin bir çox ölkələrdə məktəb açmasına yardım ediblər”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol