Erməni deputat Türkiyə parlamentində dava saldı

O, qadın deputata qarşı tərbiyəsizlik edib
Erməni deputata görə Türkiyə parlamentində dava düşüb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, dava hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlar arasında dava düşüb.
Məlumata əsasən, davaya səbəb daha öncə Ermənistana səfəri ilə gündəmə gələn erməni əsilli millət vəkili Karo Paylan olub. Erməni əsilli deputat prezident və yaxınlarını əxlaqsızlıqda ittiham edib. Bundan sonra İlknur İnceöz söz istəyərək həmkarının cavabını "əxlaq dərsi verəcək ən son adam siz ola bilərsiniz" deyə verib.
Paylan bundan sonra İncesözə çıxışı zamanı söz ataraq - "əxlaqsızlıq etmə" deyə bağırıb. Bundan sonra HDP və AKP-dən olan deputatlar arasında mübahisə, münaqişə başlayıb.
www.anews.az
























