İsrailin "cəsus gözləri"

Məscidül-Əqsanın ətrafı ən son texnologiya ilə hazırlanan kameralarla dolduruldu
İsrail ABŞ-ın Qüdsü paytaxt elan etməsindən sonra fələstinli numayişçilərin mərkəzinə çevrilən Məscidül-Əqsanın Şam qapısı (Bab el-Amud) ətrafında təhlükəsizlik tədbirlərini artırıb. İstiPress-in məlumatına görə, Şam qapısının önündəki Sultan Süleyman prospekti və ətrafında ən müasir kameralar yerləşdirilib.
11 kameranın hamısı məscidin ətrafındakı qədim şəhərin divarlarını izləyəcək formada yerləşdirilib. Ultra müasir kameralar gecə-gündüz, istənilən hava şəraitində ən yüksək keyfiyyətli çəkiliş edirlər. Yüksək texnologiya məhsulu olan cihazlar hətta sürətlə hərəkət edən şəxslərin də kimliyini müəyyən etmək üçün aydın çəkiliş apara bilirlər. Çəkilənləri analiz edir, insanların geyimlərinə belə aid məlumatları ötürə bilirlər.
Bir kameranın satış qiyməti bir neçə min dollarla ölçülür.
Fələstinlilərin sözlərinə görə, İsrailin yerləşdirdiyi cəsus kameralar ən üstün texnoloji yeniliklərə sahibdirlər. Vəkil və insan hüquqularının müdafiəçilərindən olan Nesrin Alyan kameralarıən quraşdırıldıqları dar küçələrdə insanların evlərinin içini belə çəkə bildiyini deyib. Bu isə məhrəmiyyət dəyərlərinin pozulmasıdır.
www.anews.az
























