Jirinovskinin prezidentliyə namizədliyi qeydə alındı

Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin prezidentliyə namizədliyi qeydə alınıb.
AzVision.az Rusiyanın Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, Jirinovski ölkə prezidentliyinə namizədliyi qeydiyyata alınan ilk siyasətçidir.
Qeyd edək ki, Jirinovski altıncı dəfə prezidentliyə namizədliyini irəli sürüb.
www.anews.az
























