Ərəblər Ermənistanda böyük ərazilər alır

Ərəblər Ermənistanda böyük ərazilər alır.
Ermənistan torpaqlarının yarıdan çoxunun əkilmədiyini bildirən Arutunyan ərəblərin çoxillik bitkilər əkməkdə maraqlı olduğunu vurğulayır. Onun sözlərinə görə, ərəblərin aldıqları ərazidən məhsulları yalnız 5-7 ildən sonra götürmək mümkün olacaq.
Beləliklə, ultra millətçi semit təşkilatları tərəfindən düşünülən Böyük Orta Şərq layihəsinin Ermənistan ərazisini də əhatəsinə aldığını görmək olur. Həmin layihəyə görə, Dəclə və Fərat çaylarının yuxarı başı, yəni Türkiyə güney-doğusu da gələcəkdə samilərin (ərəb və yəhudilərin) yaşayış zonasına çevrilməlidir. Çünki sami geni daşıyanların gələcək yurdu olacaq Böyük Orta Şərqin su qaynaqları məhz bu zonadan başlayır. Türkiyədə 1915-ci ildə başlamış erməni qiyamları, 1985-ci ildə fəallaşmış PKK terroru həmin zonanın boşaldılmasına xidmət edib.
www.anews.az
























