• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı biznesmen avtobus sürücüsünü bıçaqladı - FOTO

Azərbaycanlı biznesmen avtobus sürücüsünü bıçaqladı - FOTO
26.12.2017 12:26
Rusiyanın Sankt-Peterburq şəhərində uşaqları daşıyan avtobusun sürücüsü "Range Rover”lə hərəkət edən azərbaycanlı tərəfindən bıçaqlanıb. 

Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, "Range Rover” sürücüsü ondan irəlidə gedən avtobusun sürücüsünün manevrlərindən qəzəblənib və sürücünü öldürməyi qərara alıb.

Nevsk rayonu, Oktyabrsk küçəsi, 63 nömrəli binanın qarşısında "Range Rover” avtobusun qarşısını kəsib, prestijli xarici avtomobilin sürücüsü avtobus sürücüsünü sükan arxasından dartıb çıxarıb və ona bıçaqla iki zərbə endirib. Avtobos məktəbəliləri Peterburqun "Su muzeyi”indən Leninqrad vilayətinin Kirovsk rayonuna geri qaytarırmış. Və azərbaycanlının sürücünü bıçaqlaması məktəblilərin gözü qarşısında baş verib. İnsident zamanı avtobusda Kirovsk şəhərinin 1 nömrəli orta məktəbinin 24 şagirdi olub.

Avtobusun sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onu bıçaqlayan azərbaycanlının kimliyi müəyyən edilib, polis həmin şəxsi axtarır. Məlumata görə "o898mo78” nömrə nişanlı, şabalıdı rəngli "Range Rover” Peterburqun 44 yaşlı sakini Mustafayevə məxsusdur. O, Leninqrad vilayətinin Vıborsk rayonunun Yaşino qəsəbəsind qeydiyyatdadır. Fərdi sahibkarlıqla, bəzi məlumatlara görə yükdaşımalarla məşğuldur, onun adına 20-dən çox aztonnajlı yük avtomobili qeydiyyatdadır. Habelə Mustafayev metal tullantıları və təkrar emal materiallarının ticarəti ilə də məşğuldur. 2009-cu ildə Rusiya vətəndaşlığı alıb və müntəzəm olaraq Azərbaycana uçur.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol