Sobçakın Rusiya prezidentliyinə namizədliyi təsdiqləndi

Rusiya Mərkəzi Seçki Komissiyası aparıcı Kseniya Sobçakın prezidentliyə namizədliyini təsdiqləyib.
Anews.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, K.Sobçakın namizədliyi "Vətəndaş təşəbbüsü” Partiyasından irəli sürülüb.
Partiya şənbə günü 2018-ci ildə keçiriləcək prezident seçkilərini onun namizədliyinin irəli sürülməsinə dair qərar qəbul edib.
Aparıcı dekabrın 25-də sənədlərini Rusiya MSK-ya təqdim edib. Seçki hesabı açılandan sonra Sobçak seçicilərin imzalarını toplamağa başlayacaq.
Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 18 mart 2018-ci ildə keçiriləcək.
www.anews.az
























