• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail bitkoinlə bağlı qərar verdi

İsrail bitkoinlə bağlı qərar verdi
26.12.2017 16:32
İsrailin bazar tənzimləyicisi ISA bitkoinin qiymətində dəyişiklik səbəbindən bütün kriptovalyuta şirkətlərinin fond bazarında əməliyyat aparmasını qadağan etməyə hazırlaşır. Bildirilir ki, bitkoinin qiymətindəki dalğalanma maliyyə şarı təəssüratı yaradır. Belə  qeyri-müəyyənlikdə investorların əməliyyat aparması arzuolunan deyil.

Xatırladaq ki, bu ay 20.000 dollara yüksələn bitkoin ötən həftənin cümə günü 12 min dollara qədər ucuzlaşıb. Bitkoin 40 faizə qədər dəyərdən düşüb. 

Bu arada, bitkoinin  qlobal kriptovalyuta bazarında bazar payı getdikcə azalır. 2016-cı ilin dekabr ayının 27-də kriptovalyutanın bazar payı 87,94% təşkil edirdisə, bu gün həmin göstərici 44,11%-ə bərabərdir. 

İqtisadçı-ekspert Qubad İbadoğlu Oxu.Az-a açıqlamasında bildirdi ki,  2009-cu ildə qlobal maliyyə böhranının nəticəsi olaraq 1 ABŞ sent nominal dəyəri ilə tədavülə çıxan bitkoin 1 ay sonra 1 dollara, 2 il sonra 10 dollara, hazırda isə 14,97 min dollara satılır. Eləcə də, tədiyyə vasitəsi kimi bəzi hesablaşmalarda istifadə olunur:

"Son dəyərləndirmələrə görə, ümumi bazar dəyəri 260 milyard dollar təşkil edən bitkoinin taleyi çox adamı düşündürməyə və narahat etməyə başlayıb. Fikrimcə, bu valyutanın dəyəri virtual bazarda spekulyativ tələb və təkliflə bağlıdır. Real bazar dəyəri formalaşanadək ziqzaqvari dəyişikliklər gözləniləndir. Amma, bitkoinin bazar dəyərinin sürətlə, davamlı artması mümkün deyil”. 

Q.İbadoğlu bildirdi ki, bitkoinin taleyi bazar payı yüksək olan şirkətlərin bu valyuta ilə hesablaşmalara keçidindən, onu aparıcı ölkələrin Mərkəzi Banklarının tanımasından və tədavülə buraxmasından asılı olacaq:

"Odur ki, bitkoinə sərmayə qoyanlar indiki şərtlərlə qumar oynamaq qədər riskə gedirlər. Çünki hələ özünü valyuta bazarında tam təsdiq etməyən, hesablaşmalar üçün yüksək komission haqları və tələb olunan əlavə vaxta görə klassik valyuta vahidlərindən geri qalan bitkoinlə böyük pullarla "oynamaq” təhlükəlidir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol