Yeni ili qeyd etməyən ölkələr – SİYAHİ

Bir neçə il bundan öncə Səudiyyə Ərəbistanında Yeni ili qeyd etmək rəsmən qadağan edilmişdi. Lakin Səudiyyə Ərəbistanı Yeni ili qeyd etməyən yeganə dövlət deyil. Bu bayramı yanvarın 1-də qeyd etməyən digər ölkələr də var.
Axar.az həmin ölkələri təqdim edir:
İsrail
Yanvarın 1-i İsraildə adi gün kimi qeyd olunur. Yəhudilər yəhudi təqviminə əsaslanaraq Yeni ili payızda qeyd edirlər. Onların bayramı Roş Xa-Şana adlanır və 2 gün qeyd edilir. İsraildəki bir çox adət, ayin və mərasimlər məhz bu bayramla bağlıdır.
İran
Yanvarın 1-i İranda da bayram kimi qeyd olunmur. İranda yeni il yazın ilk günündə, yəni martın 22-də Novruz bayramıyla qeyd edilir.
Hindistan
Çoxmədəniyyətli Hindistanda o qədər bayram var ki, onların hamısı qeyd olunsa, gərək hindistanlılar işləməsinlər. Hindistanda Yeni il günü bütün şirkət və ofislər çalışır. Martın 22-si Hindistanın vahid milli təqvimi üçün Yeni ildir. Maxaraştra ştatında bu bayramı "Qudi padva”, Andxra Pradeş ştatında isə "Uqadi” adı ilə keçirirlər. Cənubi Hindistanda isə payızda Divapali bayramı qeyd olunur ki, bu da Yeni ilin gəlişini bildirir.
Çin
www.anews.az
























