“WhatsApp” bu telefonlarda işləməyəcək

"WhatsApp” messenceri 1 yanvar 2018-ci ildən etibarən "Windows 8.0” (həmçinin sonrakı versiyalar), eləcə də "BlackBerry OS” və "BlackBerry 10” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonların dəstəklənməsini dayandıracaq.
Axşam.az ICTnews-a istinadən xəbər berir ki, messencer "Nokia S40” smartfon modelini, 2020-ci ilədək isə "Android 2.3.7” sistemli (həmçinin sonrakı versiyalar) smartfonları dəstəkləməyəcək.
Qeyd edək ki, "WhatsApp” dünyanın ən populyar messencerlərindən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyard dollara "Facebook” sosial şəbəkəsinə satılıb.
www.anews.az
























