• $
  • €
  • ₽
  • ₺
  • £

Abdulla Güldən Ərdoğana tərs "sillə"

Abdulla Güldən Ərdoğana tərs "sillə"
30.12.2017 21:22
Türkiyənin 11-ci prezidenti Abdulla Gül prezident Rəcəb Tayyib Ərdoğanın tənqidlərinə cavab verib.
 
APA-nın xəbərinə görə, A. Gül "Twitter”də R. T. Ərdoğanın adını çəkmədən aşağıdakıları yazıb: "Bir müddətdir mətbuat-yayım orqanları və sosial media vasitəsilə bəzi millət vəkilləri və müvafiq trollar tərəfindən şəxsimə yönələn hörmətsizlik, həqarət və əxlaq çərçivələrini aşan hücumların son açıqlamamdan sonra gedərək artdığını görürəm. Partiyamızın quruluş prinsiplərindən biri olan düşüncə və söz azadlığına inanan biri olaraq, lazım bildiyim durumlarda fikirlərimi açıqlamağa davam edəcəyəm”.  
 
Xatırladaq ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ad çəkmədən keçmiş prezident Abdulla Gül və sabiq parlament sədri Bülənt Arınçı müxalifətlə birlikdə hərəkət etməkdə günahlandırıb. Səbəb onların hərbi çevriliş cəhdləri və terrorun qarşısının alınmasında iştirak edən mülki şəxsləri cinayət məsuliyyətindən azad edən qanuni qüvvəyə malik qərarı (Kanun Hükmünde Kararname) tənqid etməsidir. R. T. Ərdoğan xatırladıb ki, 15 iyul 2016-cı ildə hərbi çevrilişə cəhd edənlərə müqavimət göstərmiş dövlət məmurlarının məsuliyyətdən azad edilməsi barədə çevriliş cəhdindən 2 həftə sonra qərar çıxarılıb: "İndi eyni qərarı çevrilişə müqavimət göstərmiş mülki vətəndaşlara da şamil etmək ehtiyacı yaranıb. Lakin nədənsə, bu qərarla bağlı böyük gurultu qopdu. Əslində böyük deyil, qəribə kampaniyalar başladıldı. Hətta içimizdən bəziləri də bu kampaniyaya qoşuldu. Kampaniyaya qatılan bu şəxslər 16 aprel referendumunda "hə” deməyənlərdir. Biz mübarizə yoldaşı deyilikmi? Necə ola bilər ki, sizlər Bəy Kamalın qayığına minirsiniz? Bu düşmənçilik karvanına bizim mübarizə yoldaşlarımızın bir qismi necə qatılıb bəzilərini sevindirir? Yazıqlar olsun!”
 
Qeyd edək ki, Türkiyədə Abdulla Gülün 2019-cu ildə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürəcəyi barədə iddialar geniş yayılıb. Sabiq prezident bu söz-söhbəti hələ ki təkzib etməyib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol