İsrail rəsmən bu qurumdan çıxdı

İsrail YUNESKO üzvlüyündən rəsmən çıxdığını elan edib.
Axar.az xəbər verir ki, rəsmi Tel-Əviv qurumun Fələstinyönümlü olduğunu və tarixə zərər yetirdiyini əsas gətirərək belə qərar qəbul edib.
YUNESKO rəhbəri Audrey Azolay İsrailin bu qərarından dərin təəssüf hissi keçirdiyini bildirib.
Qeyd edək ki, YUNESKO 2016-cı ilin 18 oktyabrında Əqsa Məscidinin yəhudiliklə bir əlaqəsinin olmadığını elan edib.
www.anews.az
























