Xamenei etirazlar haqda: "Düşmənlərimiz İranda üsyan təşkil edirlər"

"Düşmənlərimiz ölkəmizdə üsyan təşkil edirlər".
Trend-in məlumatına görə, bunu İranın ali lideri Ayətullah Əli Xamenei etiraz aksiyaları ilə bağlı ilk açıqlamasında deyib.
O bildirib ki, bu üsyan üçün pul, silah və casuslardan istifadə edilir.
İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 22 nəfərə çatıb. Ötən gün təkcə Tehranda 450 nəfərin saxlandığı bildirilir.
www.anews.az
























