• $
  • €
  • ₽
  • ₺
  • £

Nalbandyanın illik hesabatında Qarabağ təxribatı

Nalbandyanın illik hesabatında Qarabağ təxribatı
03.01.2018 10:46
Ermənistan mütəmadi olaraq Dağlıq Qarabağın yekun statusu ilə bağlı oxşar fikirlər səsləndiri
r.
Bunu Axar.az-a Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyanın ilin yekunlarına həsr olunmuş çıxışını şərh edən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Qarabağ münaqişənin paket həllindən söhbət belə gedə bilməz:

"Çünki mərhələli həll planı tənzimlənmə prosesinin ana xəttini təşkil edir. Bu günədək masa üzərində olan sənədlərin heç birində münaqişənin paket həlli nəzərdə tutulmayıb. Hətta Ermənistan rəhbərliyi də son illər ərzində çeşidli adlar altında təqdim olunan proses və prinsiplərlə bağlı açıqlama və bəyanatlarında bu barədə söz açmayıb. Digər tərəfdən, münaqişənin həlli üçün ilk növbədə işğala son qoyulmalıdır ki, artıq bu yanaşmanın özü belə paket həlli variantını istisna edir. O ki qaldı Dağlıq Qarabağın yekun statusu ilə bağlı referendumun keçirilməsinə, mövcud Azərbaycan Konstitusiyasına görə, ölkənin hər hansı bir inzibati ərazi subyektində referendum keçirilə bilməz. Ümumxalq səsverməsi Azərbaycanda kompleks hüquqi anlayışdır və bütövlükdə Azərbaycan xalqının iradəsini ehtiva edir. İşğal altındakı Dağlıq Qarabağda referendum keçirilərsə, bunun nəticəsinin necə olacağı indidən aydındır. Dağlıq Qarabağ tamamilə erməniləşdirilib və Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Edvard Nalbəndyan yenidən paket həllindən danışırsa, bu o deməkdir ki, işğalçı ölkə bu il də ənənəvi davranışlarını davam etdirəcək və vaxt udmağa çalışacaq”.

Qeyd edək ki, Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan başa çatmaqda olan ilin yekunlarında Qarabağ probleminə toxunub və bildirib ki, həmsədrlərin irəli sürdüyü sənəddən hansısa birini xüsusi seçdirmək olmaz, çünki bu paket həll variantıdır. "Orada çox mühüm bir təklif var: Dağlıq Qarabağın yekun statusu Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetməsi əsasında müəyyən edilməlidir. Özü də müqəddəratı təyinetmə azad şəkildə həyata keçməli, beynəlxalq hüquqi qüvvəyə malik olmalı və o cümlədən Azərbaycan üçün də məcburi xarakter daşımalıdır”, - Ermənistan XİN başçısı qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol