İran vətəndaş müharibəsinə doğru

İranda hakimiyyəti dəstəkləyən on minlərlə insan bu gün səhər saatlarında küçələrə çıxıb.
Publika.az xəbər verir ki, ölkənin ən böyük şəhərlərində hakimiyyətə dəstək nümayişləri keçirən insanlar "Liderimiz, biz hazırıq!”, "Rədd olsun ABŞ”, "Rədd olsun Səudiyyə Ərəbistanı” və "Rədd olsun fitnəçilər!” kimi şüarlar səsləndiriblər.
Nümayişçilər polislərdən də onlara qatılmasını istəyib. Nümayişlərin ölkənin ali dini lideri Xameneinin "İranın düşmənləri savaş çıxarmaq istəyir” şəklindəki bəyanatından sonra başlaması diqqət çəkir.
Ekspertlər hesab edir ki, İranda hakimiyyət əleyhdarları ilə tərəfdarlarının toqquşma ehtimalı olduqca böyükdür. Bu toqquşmaların hətta vətəndaş müharibəsi ilə nəticələnə biləcəyi proqnozlaşdırılır.
İranda dekabrın 28-də ölkənin əhali sayına görə ikinci böyük şəhəri olan Məşhəddə başladığı etiraz aksiyaları hazırda demək olar ki, bütün ölkəni bürüyüb. 25-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.
www.anews.az
























