“ABŞ-ın blokadasına son qoyulmalıdır” – Aİ rəsmisi

ABŞ tərəfindən Kubaya ticari-iqtisadi blokadanın tətbiqi yolverilməzdir.
AzVision.az xəbər verir ki, bu barədə Kubda səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini bildirib.
"Blokada həll yolu deyil, biz bunu dəfələrlə BMT-də ABŞ-da olan tərəfdaşlarımıza demişik”, - deyə Mogerini vurğulayıb.
Kuba XİN-inin "Twitter”-də yaydığı məlumatda qeyd olunur ki, Mogerini bəyan edib ki, Aİ ABŞ-ın blokadasına son qoyulması üçün işləri davam etdirəcək.
www.anews.az
























