Rusiya Müdafiə Nazirliyi "Hmeymim" bazasına hücumu təsdiqlədi

Rusiya Müdafiə Nazirliyi Suriyada radikal islamçıların "Hmeymim” aviabazasına hücumunu təsdiq edib.
AzVision.az-ın "Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçular 2017-ci ilin dekabrın 31-də "Hmeymim” aviabazasına minaatanlardan hücum edib. Nəticədə iki hərbçi ölüb.
Bildrilib ki, hücum nəticəsində 7 hərbi təyyarənin məhv edilməsi haqqında xəbər özündə həqiqəti əks etdirmir.
Qeyd olunub ki, hazırda Suriyanın təhlükəsizlik orqanları tərəfindən hücumda iştirak edən silahlıların axtarışı və məhv edilməsi istiqamətində tədbirlər görülür.
www.anews.az
























