İvanka Trampdan gözlənilməz qərar

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp prezident olmağa hazırlaşır.
Publika.az "Daily Mail” nəşrinə istinadən xəbər verir ki, İ.Tramp ABŞ-ın ilk qadın prezidenti olmaq niyyətindədir.
O, məqsədini amerikalı araşdırmacı jurnalist Maykl Vulfla müsahibəsi zamanı dilə gətirib. Jurnalist isə müsahibənin bu hissəsini müəllifi olduğu "Trampın Ağ evində - Alov və qəzəb” adlı kitabına salıb.
Müəllif qeyd edib ki, D.Tramp hakimiyyətə gəldikdən sonra, kürəkəni Cared Kuşneri yanına gətirməsinin və onun bütün biznes əlaqələrindən rahatlıqla əl çəkməsinin bir səbəbi olub: Tramp, qızı və kürəkəni öz aralarında razılığa gəliblər ki, növbəti seçkilərdə onlardan biri prezidentliyə ən real namizəd olacaq.
www.anews.az
























