• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada güclü yanğın: On çinli öldü

Rusiyada güclü yanğın: On çinli öldü
04.01.2018 14:44
Novosibirskin şəhərkənarında yerləşən ayaqqabı fabrikində baş verən güclü yanğın əcnəbi işçilərin həyatına son qoyub.

Oxu.az xəbər verir ki, bu barədə "İnterfaks” agentliyi hadisə yerində qurulmuş operativ qərargahdan olan mənbəyə istinadən məlumat yayıb.

"İlkin məlumatlara görə, 10 nəfər həlak olub. Qurbanların hamısı çinli fəhlələrdir. Yanğından mühafizə əməkdaşları gələnə qədər özləri müdaxilə etməyə çalışıblar. Ancaq dəm qazından boğulublar”, – deyə mənbə bildirib.

Qurbanların sənədlərinə əsasən, onlar Çin vətəndaşları olub və fabrikin ərazisində işləyib. Hadisənin səbəbləri araşdırılır. Mənbə bütün ehtimalların nəzərdən keçirildiyini qeyd edib.

"Əsas versiya qısaqapanma və  elektrik sistemində baş verən nasazlıqdır.  Ancaq həlak olanların əsas təhlükəsizlik qaydaları ilə tanış olmadığı və ya sənaye müəssisəsində əmək təhlükəsizlik normaları ilə bağlı təlimatlandırılmadığı istisna edilmir”, – deyə mənbə bildirib.

Fabrikin ərazisində olan fəhlələrdən heç biri yanğından sağ çıxmayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol