Seul və Vaşinqton razılığa gəldi

ABŞ və Cənubi Koreya Pxençxanda keçiriləcək qış Olimpiya oyunları zamanı birgə hərbi-dəniz təlimlərini təxirə salmaq barədə razılığa gəliblər.
Müvafiq razılaşma Prezident Donald Trampın cənubi koreyalı həmkarı Mun Çe-in arasında telefon danışığının yekununda əldə olunub.
Təlimlərin təxirə salınması təklif Seuldan gəlib. Tramp buna müsbət yanaşıb və qeyd edib ki, Mun Çe-in Şimali Koreya tərəfini Olimpiada vaxtı təlimlər keçirilməyəcəyi barədə məlumatlandıra bilər. ABŞ lideri, həmçinin şimal və cənub arasında dialoqu tam dəstəklədiyini, bu məsələdə lazımi kömək göstərməyə hazır olduğunu söyləyib.
www.anews.az
























