Saakaşviliyə hökm oxundu – 3 il

Gürcüstan məhkəməsi Mixail Saakaşvilini qiyabi şəkildə 3 il azadlıqdan məhrum edib.
Axar.az xəbər verir ki, Saakaşviliyə qarşı qərarı Tiflis Şəhər Məhkəməsinin hakimi Georgi Arevadze oxuyub.
Qeyd edək ki, bundan öncə Tiflis Saakaşviliyə qarşı cinayət işi açmışdı. Gürcüstan hüquq-mühafizə orqanları onu səlahiyyətlərindən sui-istifadədə ittiham edirdi.
























